Hakimiyyətə gələndən sonra dövlətin əsaslarını bərpa etməyə çalışdım. Ancaq tədricən anladım ki, keçən 30 ilə yaxın müddətdə Ermənistan hakimiyyəti bu sütunları məhv edib və müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan tam yayınıb.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan partiyasının 6-cı qurultayında deyib.
O bildirib ki, onun üçün əsas qlobal problem 44 günlük müharibə və onun nəticələridir.
“Heç vaxt Qarabağ məsələsindən daxili siyasətdə istifadə və hakimiyyəti saxlamaq üçün vasitə kimi istifadə etməmişəm. Bizim üçün vacib olan Qarabağı danışıqlar prosesinə tərəf kimi daxil etmək idi. Ancaq aydın oldu ki, bu məsələ Ermənistanın nəzarətində deyil, Ermənistan yalnız başqa yerdə qəbul edilən qərarları sakitcə icra edir. Səhvimiz odur ki, başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra etmədik. Amma biz təkcə Qarabağ məsələsində deyil, suverenliyimizi, dövlətçiliyimizi itirdiyimizi anladığımız üçün belə davrandıq”, – Paşinyan bildirib.
O əlavə edib ki, özü və komandası üçün əsas hədəf Ermənistan dövlətinin suverenliyi və müstəqilliyidir:
“Və biz bunu heç kəsə güzəştə getməyəcəyik. Sizi Ermənistana çökməkdə olan dünya nizamı şəraitində dövləti və dövlətçiliyi qoruması üçün yeni strategiya, yeni baxış lazım olduğunu etiraf etməyə və cəsarətli olmağa çağıram. Gözümüzün qabağında dünyada olan köhnə münasibətlər dağılır, amma biz onların xarabalığı altında qalmamalı, yeni strategiya ilə dövlətimizi qurmalıyıq”.