Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vətən müharibəsinin ildönümü ilə bağlı paylaşım edib.
AzerTimes xəbər verir ki, Türkiyə XİN başçısı bununla bağlı “Twitter” hesabında bildirib: “Can Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ilk addımı bir il əvvəl bu gün atıldı! Qarabağı Azərbaycana qovuşduran igid qardaşlarımıza salam olsun!
Qəhrəman azərbaycanlı şəhidlərimizi rəhmət və hörmətlə anıram”.