Rusiyalı sülhməramlılar Azərbaycanın Qarabağ iqtisadi rayonundan 5 min erməni sakini təxliyə edib.
AzerTimes xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Ağdərə, Xocavənd və Əsgəranın erməni sakinləri sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi əraziyə gətiriliblər.
Qeyd edilib ki, Rusiya Bakı, İrəvan və Xankəndi nümayəndələri ilə təmasları davam etdirir.