Qarabağdan “son erməni sakin” çıxdı: Bəs, “liderlər”?

Qarabağdan “son erməni sakin” çıxdı: Bəs, “liderlər”?

Erməni mediası bu gecə Qarabağdan “son erməni sakinlərin” çıxdığı haqda məlumat yayıb.

AzerTimes xəbər verir ki, “Son erməni sakinlər Qarabağdan çıxdı” başlığı ilə paylaşılan məqalələrdə Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan və digərləri – separatçı-terrorçu qurumun “deputatları”, o cümlədən Əsgəranda olduğunu bildirib, ünvanını elan edən qatil, azərbaycanlı əsirlərə xüsusi amansızlıqla davranan və onları doğrayan Vitali Balasanyanın adı yoxdur.

Ermənistanın “Hraparak” nəşri isə onların hələ də Qarabağda olduğunu iddia edib.

Maraqlıdır ki, “Son erməni sakin də Qarabağdan çıxdı” yazan erməni mediası da bu terrorçu-separatçıları “sakin” hesab etmir.

Teqlər: