Qarabağdan qaçmış separatçı: Bizi yenə cəbhəyə göndərirlər

Qarabağdan qaçmış separatçı: Bizi yenə cəbhəyə göndərirlər

Bizə dedilər ki, filan ünvanda qeydiyyatdan keçməliyik, amma məni qeydiyyatdan keçirən yoxdur. Baş nazirin müavinindən, əmək və sosial məsələlər nazirindən xahiş edirəm ki, məni öz evlərində – bir erməni və beş uşaq atası kimi qeydiyyata alsınlar.

AzerTimes xəbər verir ki, bunu Ermənistan əmək və sosial məsələlər nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı Qarabağda özünü buraxmış qondarma separtçı qurumun “ehtiyatda olan polkovnik-leytenantı” Ara Kamalyan deyib.

“Nəticədə mənə nə müavinət, nə də təqaüd verirsiniz. Buraya toplaşan hamı kimi mən də 25 il “vətənimi qorudum”. Əgər bizimlə bu qədər maraqlanırlarsa, o zaman bizi evlərində qeydiyyata alsınlar. Mən də Ermənistan vətəndaşı olacağam, İspaniya və ya Fransaya köçmək barədə düşünməyi dayandıracağam”, – o bildirib.

Separatçı qeyd edib ki, Xocavəndi dostları ilə birlikdə sentyabrın 27-də tərk edib:

“Müavinətlər 5-6 ay veriləcək. Sonra nə olacaq? İş tapmağa çalışdım, tərcümeyi-halımı oxudular, məni təriflədilər və bu qədər. Müdafiə Nazirliyi isə bizi qəbul edib yenidən cəbhə xəttinə göndərir. Mən də buna hazıram, amma sualım var: cəbhə xəttinə getsəm, ailəmi də cəbhə xəttinə aparmalıyam? Bəs bizim heç olmasa pensiya, müavinət almaq üçün kifayət qədər hüququmuz yoxdurmu?”

Teqlər: