Qarabağdan gedən “göy pasportlu” ermənilər…

Qarabağdan gedən “göy pasportlu” ermənilər…

Qarabağdan könüllü olaraq miqrasiya edən ermənilər Ermənistanda aksiya keçirirlər.

AzerTimes xəbər verir ki, Ermənistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə baş tutan aksiyada onlar problemlərinin həllini tələb edirlər.

Problem isə qaçqın kimi qeydə alınmaları və sosial müavinətlə təmin edilmələridir. Məsələ burasındadır ki, onlara qaçqın statusu verilməsi üçün rəsmi qərar olsa da, bunu reallaşdırmaq hüquqi baxımdan mümkün olmur.

Aksiya keçirənlərdən biri olan Artur Stepanyan mediaya açıqlamasında bildirib ki, “göy pasportu” olduğu üçün ona hər hansı status verilmir, çünki o, Ermənistan vətəndaşı sayılır.

Qeyd edək ki, keçmiş və qondarma “dqr”i heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb, buna görə də Qarabağda yaşayan erməni sakinlər de-yure Ermənistan vətəndaşı kimi qəbul edilib. Onlar xarici səfərlərə də “göy pasport” – Ermənistanın ümumvətəndaş pasportu ilə gediblər və bütün dünyada Ermənistan vətəndaşı kimi qəbul edilirlər.

Hazırda onların yalnız yaşayış yeri dəyişib, bu isə onları “qaçqın” statusu almasına imkan vermir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də təklif edilib ki, onların pasportunda yalnız yeni yaşayış yeri qeyd edilə bilər, hansısa statusla qeydiyyata alına bilməzlər.

Xatırladaq ki, bu məsələ Qarabağdan könüllü gedən ermənilərin böyük əksəriyyətini əhatə edir. Belə ki, onların əksəriyyətində “göy pasport” var və de-yure – hazırda isə həm də de-fakto – Ermənistan vətəndaşıdırlar.

Teqlər: