Öz istəyi ilə Azərbaycanın Qarabağ bölgəsini tərk etmək istəyən erməni əsilli vətəndaşlar onlara qarşı göstərilən humanist davranışdan məmnun qalıblar.
AzerTimes xəbər verir ki, bu barədə Qarabağı tərk edən erməni qadınlardan biri Ermənistan KİV-nə açıqlamasında etiraf edib.
“Bizimlə yaxşı davrandılar. Biz belə gözləmirdik. Heç nə etmədilər” – qadın etirafında bildirib.
Bundan başqa, qadın Qarabağda aparılmış lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalinin yaşadığı ərazilərin bombalanmadığını etiraf edib.