Xəbər - Çingiz Səfərli – Trend:
İşğaldan azad olunmuş ərazilərdə həm bitki, həm də heyvan xəstəliklərindən azad zonaların yaradılması gündəmdədir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözləərinə görə, görülən işlər ixrac potensialını artırmağa imkan verəcək.
“Zonalar yaradıldıqdan sonra artıq beynəlxalq qeydiyyata da düşəcək və həmin ərazilərdən dünyanın istənilən ölkəsinə həm heyvan, həm də bitki mənşəli məhsullarının ixracı mümkün olacaq”.