“Qarabağ”dan bu gün keçiriləcək oyunla bağlı açıqlama

Xəbər - Fərid Zöhrabov – AzerTimes:

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə Bakıda keçirəcəyi oyununa bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Klubun mətbuat katibi Gündüz Abbaszadə AzerTimes-ə bildirib ki, artıq 13000 bilet satılıb.

O bildirib ki, “Omoniya” klubu il qarşılaşacaq “Qarabağ”ın matçına maraq böyükdür: “Havanın yağıntılı keçməsi oyunçularımızın oyununa və azarkeşlərimizin meydana gəlişinə mənfi təsir etməyəcək”, – G.Abbaszadə deyib.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçı bu gün saat 21:45-də start götürəcək.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Teqlər: