Ermənistan regiondakı gərgin vəziyyətin davam etməsini istəmir və sabitləşməsinə çalışır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan deyib.
O, Ermənistanın Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanımasına Qarabağdakı erməni separatçılarının etirazına bu cür cavab verib:
“Qarabağ “rəhbərliyi”nin ayrı-ayrı nümayəndələri anlamalıdır ki, söhbət Ermənistanın təhlükəsizliyi və suverenliyindən gedir”.