Xankəndidəki qanunsuz xuntanın “liderləri” Qarabağı tərk edib-etməmək barədə bu gün qərar verəcəklər.
AzerTimes xəbər verir ki, bunu qarabağlı “fəal” Gevorq Arstamyan Feysbuk səhifəsində yazıb.
“Qarabağda atışma davam edir. Mənbələrdən məlum oldu ki, Qarabağın “rəhbərliyi” bu gün bir qərar verəcək: ya qalacağıq, ya gedəcəyik, bir sözlə, ya qalacaq və Azərbaycana inteqrasiya olunacağıq, ya da Qarabağı tərk edəcəyik”, – o bildirib.