Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyəti yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda keçirilən mətbuat konfransında Report-un sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir:
“Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir”.