Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin noyabrın 16-da Qarabağ zonasında sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı bülletenində deyilir.
Bildirilib ki, mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
Ümumilikdə sentyabrın 19-dan 11 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, – məlumatda bildirilib.