Qarabağdakı separatçılar Bakının yardımını qəbul edəcək

Qarabağdakı separatçılar Bakının yardımını qəbul edəcək

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən humanitar yükü qəbul edəcək.

AzerTimes xəbər verir ki, bu barədə qondarma rejimin “mətbuat xidməti” məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa humanitar yardım göndərib.

Teqlər: