“Qarabağın müdafiə ordusu” Ermənistan silahlı qüvvələrinin strukturlarından biri idi.
AzerTimes xəbər verir ki, bunu Ermənistan ordusunun əvvəllər işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən bölmələrində uzun illər xidmət etmiş mayor Armen Petrosyan deyib.
“Müdafiə ordusu” ilə bağlı demək istəyirəm ki, Ermənistan silahlı qüvvələri birbaşa Ermənistan Müdafiə Nazirliyinə tabe olan “müdafiə ordusu” və ordu korpuslarından formalaşıb. “Müdafiə ordusu” əslində Ermənistan ordusunun ürəyi idi. Çünki orada hər şey bol idi və əsas diqqət ora yönəldilmişdi. Ora əsas zərbə istiqamətində idi. Bu səbəbdən Qarabağda əsgər olmaq daha şərəfli idi. İndi sual yaranır: gələcəkdə zabitlərimizin oradakı xidmətini tanımasaq, nə olacaq? Yəni onlar “müdafiə ordusunda” xidmət etdikləri üçün hərbi xidməti başa vurmamış hesab olunacaqlar. Ən azı 20 il xidmət etmişik ki, gələcəkdə maaş alacağıq. Şəxsən mən təhsilimi Ermənistan Müdafiə Nazirliyinin Hərbi İnstitutunda almışam və orada əmək stajı müqabilində təqaüdə çıxmağımla bağlı müqavilə bağlamışam. Xidmətimi fərqlənmə diplomu ilə başa vurub, fərqlənmə diplomu ilə bitirmişəm. İndi nə oldu, 20 illik xidmət sıfra çevrildi? Məsələ ondan ibarətdir ki, biz Qarabağda xidmət edəndə, yüksək rütbə alanda və ya zabit kurslarına gedəndə bütün bu hərəkətlər Ermənistanın müdafiə nazirinin müvafiq əmrinə əsasən baş verirdi”, – o bildirib.