Xəbər - Çingiz Səfərli -Trend:
Yaxın gələcəkdə Qarabağda 13 hidroloji məntəqənin açılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu məntəqələrdə ən müasir avtomat stansiyalar quraşdırılacaq:
“Bu da bizə onlayn şəkildə çaylarda olan vəziyyəti qiymətləndirməyə və planlaşdırmanı düzgün aparmağa imkan yaradacaq”.