Xəbər - Fatimə Zülfüqar – Trend:
Qarabağ regionunun böyük iqtisadi potensialı var, işğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.
AzerTimes-ın məlumatına görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun 5 illik fəaliyyətinə dair mətbuata yazılı açıqlamasında deyib.
Onun sözlərinə görə, xarici dağ-mədən şirkətlərinin mədən layihələrinə cəlb olunması bu sektorun canlanmasına səbəb olacaq:
““AzerGold” QSC dövlətimiz tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq şirkət İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar aparmaqdadır”.
(Tərcümə: Orxan Nəbiyev)