Qarabağdakı ermənilərə dəvət göndərdik, ancaq… – Prezident

Qarabağdakı ermənilərə dəvət göndərdik, ancaq… – Prezident

Biz məsələ ilə (Qarabağın erməni əhalisinin inteqrasiyası – red.) bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik və maksimum şəkildə konstruktivlik göstərmişik.

AzerTimes xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında səsləndirib.

“Ancaq bu gün Qarabağda “hakimiyyəti” əlində saxlayan xunta gah özlərinə “prezident” deyir, özlərini “deputat”, “nazir” adlandırır. Bu, gülüş doğurur”, – deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar. Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər.

Dövlətimizin başçısı, həmçinin deyib:

“Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır”.

Teqlər: