Qarabağdakı əkinçilik hesabına 1 milyard manata yaxın əlavə məhsul istehsalı yarana bilər – PROQNOZ

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahələrinin əsas istehsal vasitəsi kimi prosesə tam cəlb edilməsi ölkədə kənd təsərrüfı sahəsinə nəzərə çarpacaq təsirləri olacaqdır.

Bunu AzerTimes-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov deyib.

O bildirib ki, aparılmış ilkin hesablamalar onu deməyə əsas verir ki, kənd təsərrüfatı sahəsində ümumi məhsul istehsalının ötən ilin müvafiq göstəricisi ilə müqayisadə 8-10 faiz artması gözlənilir:

“Bu da illik olaraq 660-830 milyon manat əlavə məhsul istehsalı və ya 360-450 milyon manat əlavə dəyərin yaranması deməkdir. Onu da nəzərə almaq lazımdır ki, bu hesablamalarda səslənən rəqəmlər qısa və orta müddətli təsirlər kimi qiymətləndirilməlidir. Kənd təsərrüfatında gözlənilən artım bu sahə ilə əlaqəli iqtisadiyyatın digər sektorlarına da təsirsiz ötüşməyəcəkdir”

Teqlər: