Qarabağda yerlə-yeksan edilən Azərbaycan torpaqlarıdır, Avropa İttifaqı niyə Ermənistana daha çox yardım ayırır? – ŞƏRH

Avropa İttifaqının Ermənistana 2,6 milyard avroluq yardım paketi ayırması, paralel fonda isə Azərbaycana cəmi 150 milyon avroluq yardımın nəzərdə tutulması bir çox suallar doğurur. Əsas sual da budur ki, görəsən Ermənistana bu yardım nəyin müqabilində və ya Ermənistanın hansı işləri üçün nəzərdə tutulub?

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib: “Məgər Avropa İttifaqı bilmirmi ki, Ermənistan son 30 il müddətində ancaq terrorçuluqla, talanla məşğul olub? Məgər Avropa İttifaqı məlumatlı deyilmi ki, Ermənistan dövləti özünü son dövrlər yalnız işğalçılıq siyasəti ilə tanıdıb və Azərbaycanın əzəli torpaqlarını viran günə qoyub? Məgər Avropa İttifaqı fərqində deyilmi ki, Ermənistan əlinə gələn pulu ancaq destruktiv fəaliyyətə, dağıdıcılığa, neqativ resursların əldə olunmasına xərcləyir, yönəldir?”

Onun sözlərinə görə, Qarabağda yerlə-yeksan edilən Azərbaycan torpaqlarıdır, viran günə qoyulan bizim ərazilərdir:

“O zaman pul, yardım paketi niyə Ermənistana ayırılır? Avropa İttifaqının nümayəndələri gedib Ağdamı görüblərmi? Görüblərmi ki, orarda yaramaz ermənilər bir daş üstündə daş qoymayıblar? Digər ətraf rayonlar da eyni cür. Hamısı erməni vəhşiliyinə şahidlik edib. Ermənistan bax budur! Erməni heç zaman düzələsi deyil, onların xisləti çürükdür. Erməninin əlinə nə gəlsə ancaq vəhşiliyə, terrora, təxribata xərcləyəcək. Odur ki, Avropa İttifaqı öz addımı haqda çox ciddi düşünməlidir və ədalətli olmalıdır. Daha dəqiqi, bu qurum ədalətli olmağa, ikili standartlardan uzaq olmağa borcludur. Çünki bir daha təkrar edirəm: Dağıdılan, viran günə qoyulan Azərbaycanın torpaqlarıdır və əgər Ermənistana bu qədər pul ayrılırsa onun ən az 2, 3 misli qədər də Azərbaycana ayırılmalı idi. Bunu bir tək mən demirəm, həm də sadə məntiq deyir”.

Teqlər: