İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır.
AzerTimes-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.
O qeyd edib ki, 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmalar vəziyyətin tənzimlənməsi üçün bütün zəruri şərtləri əhatə edir və regionda təxminən 30 il bağlı qalmış kommunikasiyaların bərpasına yönəlib:
“Hərbçilərimiz Azərbaycan tərəfi ilə sıx təmasda fəaliyyət göstərir. Ümumilikdə, biz onların işini müsbət qiymətləndiririk. Onlar dinc həyatın bərpasına xidmət edir”.