Qarabağda vəkil büroları yaradılacaq

Qarabağda vəkil büroları yaradılacaq

Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O qeyd edib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür:

“Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik”.

Teqlər: