Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik – Ərdoğan

Azərbaycan Qarabağ torpaqlarını işğaldan azad etməklə bölgədə yeni qapılar açdı.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin 14-cü Zirvə toplantısında deyib.

Prezident bildirib ki, Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi: “Hazırda bizim üçün prioritet Qarabağda təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Teqlər: