Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı

Ermənistan hərbçilərinin bu ölkənin mülki şəxsləri ilə birlikdə bu gün Hadrut və Cəbrayıl rayonlarında itkin düşən şəxslərin axtarışlarının aparılması təxirə salınıb.

Yenicag.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, itkin erməni hərbçilər Hadrut və Cəbrayılda sabah axtarılacaq. Qeyd edilir ki, Qarabağda bu günə qədər aparılan axtarış işləri zamanı 1 230 erməni hərbçisinin və digərlərinin meyitləri tapılıb.

Qeyd edək ki, Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş şəxsərin sayının 3 300 nəfəri ötdüyünü açıqlayıb. Nazirliyin rəsmisi bildirib ki, artıq 3 000-dən çox meyitin ekspertizası aparılıb və onların DNT nümunələri götürülüb.

Xatırladaq ki, itkin düşmüş, həlak olmuş erməni əsgər və zabitlərin axtarışlarına mülki şəxslər – itkinlərin qohumları də cəlb edilib. Onlar yerli hakimiyyəti itkinlərin axtarış işlərini ləng aparmasında ittiham edirlər.

www.yenicag.az

Teqlər: