Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.
AzerTimes xəbər verir ki, “Bez Tormozov” Teleqram kanalı Kazandan olan ailə – Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.
Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi antiazərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir.
“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunurub”, – məlumatda bildirilib..
Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.