Qarabağda silahsızlaşdırmanın həyata keçirilməsinin mexanizmləri hazırlanır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, prosesin hansı marşrutlar üzrə həyata keçiriləcəyinin işçi mexanizmləri üzərində işlər görülür.