Qarabağda separatizmin məhvi nümunəyə çevrilir

Qarabağda separatizmin məhvi nümunəyə çevrilir

Qarabağda erməni separatizminin ləğvi post-sovet məkanında Rusiyanın dəstəyi ilə yaranmış separatizm ocaqlarının söndürülməsinə ümidləri artırıb: son günlər xüsusilə gürcülər Abxaziyadakı qondarmaçılara erməni separatizminin sonunu misal çəkir, bundan dərs çıxarmaq çağırışları edir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“Azərbaycan təkcə separatizmi məhv etmədi, həm də onunla mübarizə nümunəsi yaratdı. Bütün beynəlxalq gücləri bir-bir netrallaşdırmağı, qlobal toqquşmadan yayınaraq, bu toqquşmadan öz maraqlarına uyğun istifadə etməyi hər ölkə bacarmazdı. Buna görə bəzi paytaxtlarda Əliyevi sevmirlər, amma hesablaşırlar”, – o vurğulayıb.

Teqlər: