Xəbər - Sədrəddin Ağcayev – Trend:
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır:
“Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığı təşkil etməyi planlaşdırırıq. Sahibkarlar vergi və rüsumlardan azad ediləcək”.
Nazir müavini bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işləri aparılır:
“Bildiyiniz kimi, ərazilərimiz 30 il ərzində ermənilər tərəfindən dağıntılara məruz qalıb. Bu gün bizim həmin ərazilərin bərpası üzrə strategiyamız var. Bərpa konsepsiyası bütün regionun iqtisadi artımını sürətləndirəcək və əlavə investisiyaların cəlb olunmasına xidmət edəcək”.
(Tərcümə: Orxan Nəbiyev)