Qarabağda qiymətləndirmənin nəticələri müvafiq iddiaların qaldırılması üçün təqdim ediləcək – Nazir müavini

Xəbər - İlhamə İsabalayeva – Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən ətraf mühitə ziyanın vurulmasını heç bir təşkilat qınamadı. Bu məsələ ilə bağlı ikili standartlar var. Amma bizim məqsədimiz bütün bu hallara baxmayaraq, qiymətləndirmə aparmaq və dəyən zərəri müəyyən etməkdir.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.


Onun sözlərinə görə, qiymətləndirmələrin nəticələri müvafiq iddiaların qaldırılması üçün təqdim ediləcək.

Teqlər: