Bizim Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir. Bütün tikililər məhv edilib.
AzerTimes xəbər verir ki, bu sözləri Ağdamda İmarət Kompleksində Azərtac-a müsahibəsində bərpa üzrə italiyalı ekspert Alessandro Bianki deyib.
O əlavə edib:
“Hətta qəbiristanlıqlar da dağıdılıb. Biz Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Bundan əlavə, dağıdılmış binaların restavrasiyasına da ehtiyac var”.