Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan məlumat verib.
“Ötən gün daha 3 erməni hərbçisinin qalıqları tapılıb. Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, -deyə, o, vurğulayıb.
Unan Tadevosyan bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:
“Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir”.
www.yenicag.az