2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub.
Qeyd edilib ki, mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.