İşğaldan azad edilmiş torpaqlarımızda artıq 6 məktəb fəaliyyət göstərir.
AzerTimes xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva “20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, uşaqların mənəvi sosial inkişafı təhsildən asılıdır:
“Təhsil uşaqları pis vərdişlərdən, yoxsulluqdan və bu kimi digər problemlərdən xilas edir”.
M.Vəliyeva bildirib ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda 6 məktəb fəaliyyət göstərir:
“Bu özü də artıq uşaqlarımızın hüquqlarının işğaldan azad edilmiş torpaqlarımızda qorunması deməkdir, bu, çox sevindirici və qürurverici haldır”.