Qarabağda nə işimiz var deyənləri çox yaxşı tanıyırıq.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun qurum tərəfindən video formatda təşkil edilən “27 May 1960-cı il Çevrilişi Beynəlxalq Konfransı”nın açılışında çıxışı zamanı deyib.
F.Altun Türk Silahlı Qüvvələri, hüquq mühafizə orqanları və adsız qəhrəmanlarla, terror təşkilatlarının Türkiyədən və sərhədlərindən qovulmasından narahat olanları yaxşı tanıdıqlarını qeyd edib:
“Arxasını terror təşkilatına söykəyənləri, “terror təşkilatı Türkiyə üçün təhdid deyil” deyənləri, “Suriyada, Liviyada, Qarabağda, Kiprdə nə işimiz var” deyib bizi sorğu-sual edənləri çox yaxşı tanıyırıq. Narahat olmayın, əziz millətimiz də onları çox yaxşı tanıyır”.