Füzuli. Aslan Məmmədli – Trend:
Bu gün əsasən minalarin təmizləmə bölmələrinin işinə baxmışıq və indi isə hava limanındaydıq. Minatəmizləmə ile məşğul olan bölmələrin işi ilə tanış olmuşuq.
Bunu AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında Çinin “On the road” şirkətinin çəkiliş qrupunun nümayəndəsi Canq Sinyu deyib.
“Qarabağda onlarin gördüyü işə heyranam, çünki onlar həyatlarını təhlükəyə ataraq ərazilərdə mövcud olan minalari bir-bir təmizləyirlər və ancaq ondan sonra əhali geri qayıdıb öz həyatlarına davam ede biləcəklər” – deyə Canq Sinyu əlavə edib.
Çinli mütəxəssis qeyd edib ki, Füzuli Beynelxalq Hava Limanında olublar. “Füzuli Beynelxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğuna və miqyasına görə rahat demek olar ki, bu Beynelxalq hava limanıdır”.