Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub.
Trend-in məlumatına görə bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan bu məqsədlə 2,9 milyon manat sərf olunub.
Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan 10,2 milyon manat vəsait sərf olunub.