Qarabağda iş: haradadır, maaş nə qədərdir… – Siyahı

Qarabağda iş: haradadır, maaş nə qədərdir… – Siyahı

Dövlət Məşğulluq mərkəzlərində Qarabağ üzrə təklif olunan müxtəlif məvacibli işlərin siyahısı təqdim edilib.

AzerTimes xəbər verir ki, siyahıda Şuşa başda olmaqla, Qarabağda əsasən fəhlə və heç bir ali təhsil tələb etməyən işçilərə ehtiyac olduğu görünür.

Beləliklə, siyahını təqdim edirik:

“Archico” MMC

Karotçu axtarır. İş yeri Şuşa, 6 günlük iş həftəsi, aylıq əmək haqqı 850 manatdır. İşçinin 22-45 yaş arası olması arzulanır.

Dam ustasına (22-45 yaş) da ehtiyac var. Maaş – 900 manat.

Suvaqçı (Suvaqçı 5 günlük iş həftəsində çalışacaq, 20-60 yaş). Maaş – 900 manat.

Bənna (5 günlük iş həftəsi, 20-60 yaş). Maaş – 900 manat.

İlməçi (6 günlük iş, 22-45 yaş). Maaş – 850 manat.

Mantyor (6 günlük iş, 22-45 yaş). Maaş – 900 manat.

Rəngsaz (6 günlük iş, 22-45 yaş). Maaş – 900 manat.

Elan 13 sentyabr 2022-ci ildən verilsə də, hələ də yer tutulmayıb.

“Şirin Aqro” QSC

Tarlaçı axtarır. Təcrübə, ali təhsil tələb olunmur, iş yeri Zəngilandadır, maaş 600 manat.

20-35 yaş arası gənclər lazımdır.

13 oktyabrdan vakansiya açılıb.

“Kibriya ST” MMC

İş yeri Zəngilan, 5 günlük iş həftəsi, 22-55 yaş arası, maaş – 600 manat.

28 oktyabr 2022-ci ildən vakansiya açılıb.

“As İstehsal” MMC

Qaynaqçı, iş yeri Zəngilan, 23-40 yaş arası, maaş 500 manat.

27 iyuldan işçi axtarılır.

Çox maraqlıdır ki, bu axtarılan işçilərdən təcrübə tələb edilmir, digər tələbatlar da yüksək deyil, ancaq vakansiya aylardır tutulmur…

Qeyd: CV-lər [email protected] poçtuna göndərilməlidir.

Teqlər: