Xəbər - İlhamə İsabalayeva – Trend:
İşğaldan azad edilmiş ərazilərimizdə ilkin mərhələdə 1993-cü ilədək mövcud olan faydalı qazıntı yataqlarının, mineral xammal yataqlarının, yeraltı su ehtiyatlarının təşftişi, diaqnostikası aparılacaq.
AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişlərində Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər aparılır. İlkin qiymətləndirmə işlərinə başlanılıb.
Ə.Əliyev qeyd edib ki, bu qiymətləndirmədən sonra işğalçıların vurduqları ziyan və qalıq ehtiyatlar, perspektiv istiqamətlər müəyyən ediləcək. Bunun əsasında bu ehtiyatlardan səmərəli istifadə edilməsi üçün təkliflər hazırlanacaq.