Qarabağda ətraf mühitə dəyən zərər beynəlxalq ekspertlərlə birgə müəyyənləşdiriləcək

Xəbər - İlhamə İsabalayeva – Trend:

İşğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin müəyyənləşdirilməsi işinə beynəlxalq ekspertlərin də cəlbi nəzərdə tutulur.

AzerTimes-ın məlumatına görə, bunu bugün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.


Onun sözlərinə görə, artıq ərazilərdə ilkin qiymətləndirməyə başlanılıb: “Sözsüz ki, dəymiş ziyan böyükdür. Biz bu qiymətləndirmə prosesinə üzvü olduğumuz beynəlxalaq konvensiyalardan beyNəlxalq ekspertləri də cəlb etməyi nəzərdə tuturuq”.

Teqlər: