Ölkəmizin işğal altında olan torpaqlarında daha iki erməni əsgəri yaralandı. İki erməni hərbçisi ötən gün yaralanıb.
Güllə yarası alan erməni hərbçilər İrəvandakı hərbi hospitala çatdırılıblar.
Xatırladaq ki, ermənilərin atəşkəsi pozması nəticəsində ötən gün 3 erməni əsgəri də öldürülüb. Dağlıq Qarabağda öldürülən əsgərlər 1997-ci il təvəllüdlü Araik Matinyan, Viqen Petrosyan və Vardan Sarqsyandır.
Onların qumbaraatanlardan açılan atəş nəticəsində öldüyü bildirilir.