Qarabağda elektrik və qaz xətləri yoxlansın – Deputat

Qarabağda elektrik və qaz xətləri yoxlansın – Deputat

Təklif edirəm ki, “Azəriqaz” və “Azərenerji” Qarabağdan keçən və istismar müddəti başa çatan boruların və elektrik naqillərinin monitorinqini aparsın.

AzerTimes xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu çıxış edib.

Deputat qeyd edib ki, ermənilərin vurduğu zərərin nəticəsində Qarabağda və Şərqi Zəngəzurda su ehtiyatı 17 faiz azalıb.

Hikmət Babaoğlu əlavə edib ki, köhnəlmiş borular yanğına səbəb ola bilər: “Bu hal həm su ehtiyatlarına zərər yetirə, həm də ekoloji problemlər yaratmaqla faciələrə səbəb ola bilər. Eyni zamanda köhnə naqillərin qırılıb düşməsinin də yanğınlara səbəb olması mümkündür”.

Deputat söyləyib ki, “Azərqaz” və “Azərenerji”nin belə yoxlamalar aparması həm problemlərin qarşısına öncədən almağa, həm də hazırda Laçın yolunda aksiya keçirən ekofəalların təşəbbüsünə dəstək olardı.

Teqlər: