Qarabağda daha 6 yaşayış məntəqəsi layihələndirilir

Qarabağda daha 6 yaşayış məntəqəsi layihələndirilir

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 6 yaşayış məntəqəsinin layihələndirilməsinə başlayır.

Fonddan AzerTimes-a verilən məlumata görə, layihələndirmə işləri Tərtər rayonunun Umudlu qəsəbəsi, Şuşa rayonunun Malıbəyli və Turşsu qəsəbələri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocavənd rayonunun Xocavənd kəndi və Xocalı şəhərini əhatə edəcək.

Teqlər: