Qarabağda çayların təmizlənməsi üçün yeni layihə nəzərdə tutulub

Xəbər - Samir Əli -Trend:

İşğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtrlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.

Teqlər: