Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində bildirib.
“Rusiya sülhməramlı kontingenti buna öz töhfəsini verəcək. Hazırda oradakı sülhməramlılarımız Qarabağ nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər”, – Lavrov qeyd edib.