Rus sülhməramlılar mövcudluqlarını davam etdirmək üçün Azərbaycanın Qarabağ iqtisadi rayonunda (Xankəndi və yaxın ətrafında) 20-25 min erməni əhalinin saxlanılmasına çalışır.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası “mənbələrinə istinadla” məlumat yayıb.
İddia edilib ki, Qarabağda saxlanılacaq bu erməni əhalinin nümayəndəsi isə Samvel Babayan təyin ediləcək.
Qeyd edək ki, S.Babayan artıq İrəvandadır və onun Azərbaycana qayıda bilməsi ciddi sual altındadır. Çünki Babayan Birinci Qarabağ müharibəsində cinayətkar fəaliyyəti ilə tanınır.
Bu baxımdan bu məlumatın yayılması Ermənistanda toplaşan Qarabağ klanının bir-birinə qarşı daxili savaşları kimi qəbul oluna bilər.