Qarabağda beton texnologiyalarının tətbiqi imkanları (FOTO)

Beton dünyada ən çox istifadə edilən tikinti materiallarından biridir. Ölkəmizin bir çox bölgələrində, o cümlədən işğaldan azad edilmiş Qarabağ torpaqlarının yenidənqurma və abadlaşdırma işlərində tikintidə səmərəliliyin artırılması məqsədilə ən qabaqcıl beton texnologiyaları tətbiq olunur.

Hazırda azad olunmuş ərazilərdə əhalinin müasir həyatla təmin olunması məqsədilə infrastruktur layihələri həyata keçirilir. Qarabağda bitmiş və davam edən bir çox strateji əhəmiyyətli layihələrdə, o cümlədən Ağdam, Kəlbəcər və Şuşada elektrik stansiyalarının, hərbi hissələrin inşasında, Şuşada məscid tikintisində Norm məhsulları geniş miqyasda istifadə olunmaqdadır.

Müasir beton texnologiyaları inşaatda fərqli beton materiallarının istehsalına və istifadəsinə imkan yaradır. Qarabağ bölgəsində ağıllı kənd və ağıllı şəhər konsepsiyası çərçivəsində eynitipli az və ortamərtəbəli binaların, tibb və tədris müəssisələrinin, kənd təsərrüfatı qurğuları və obyektlərinin inşası zamanı yığma dəmir betonun tətbiqi bir sıra cəhətlərinə görə daha sərfəli hesab olunur.

Yığma dəmir betondan istifadə vaxta qənaət imkanı yaradır. Bu zaman proses ənənəvi tikintidən 2 dəfə daha sürətli gedir, bu isə şəhərsalma prosesini sürətləndirir. Eyni zamanda, kütləvi turizmin inkişafı üçün müvafıq infrastruktur obyektlərinin, kotec, hotel və seyrangahların tikintisində, həmçinin dağlıq ərazilərdə tranzit kommunikasiyanı asanlaşdırmaq məqsədilə körpü, tunel və viadukların inşasında, avtomobil yollarının salınmasında beton konstruksiyaların tətbiqi bu obyektlərin uzunömürlülüyü və estetik görünüşü cəhətdən də əlverişli hesab olunur.

Qeyd edək ki, Zəfər Yolu, Şükürbəyli-Cəbrayıl-Hadrud, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının, şosselərinin inşasında Norm sementlərindən istifadə olunur. Daşaltı, Toğana-Kəlbəcər tunelləri və yeraltı keçidləri Norm Sement zavodunun istehsalı olan KLASS D sement məhsulu ilə ərsəyə gəlməkdədir.

Ümumilikdə Norm Sement zavodunda beton istehsalında istifadə məqsədilə 6 çeşiddə sement məhsulu istehsal olunur. KLASS A400 (CEM II/ A-P 32.5R) orta möhkəmlikli betonlarda, KLASS C500 (CEM II /A-P 42.5 R) yüksək möhkəmlikli betonlarda, KLASS 1 (CEM I 52,5 N) çox yüksək möhkəmlikli betonlarda, KLASS L500 (CEM II/A-L 42.5R) dekorativ, rəngli yer və qazon daşlarınin istehsalında, KLASS S (CEM II/A-P 42.5N) yüksək sulfat korroziyasının baş verəcəyi sahələrdə, KLASS D (CEM II/A-P 42.5R) isə əsasən tunellərin inşasında tətbiq olunur.

Teqlər: