2023-cü il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində avtomobil və dəmir yollarının tikintisi, bərpası və yenidən qurulması layihələri üzrə ümumilikdə 3 milyard 675,9 milyon manat vəsait ayrılıb.
AzerTimes xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
“Bu vəsait dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına maliyyələşdirilib və tam həcmdə istifadə olunub”, – hesabatda deyilir.