Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır – İnsan haqları müvəkkili

Xəbər - Ceyla Əliyeva – Trend:

Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır.

AzerTimes-ın məlumatına görə, Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı Dunja Miyatoviç bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının 13-cü iclası zamanı deyib.

O, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından əvvəl və sonrakı vəziyyəti yaxından izlədiyini qeyd edib.

“Yalnız deyə bilərəm ki, faydalı olmaq üçün hər zaman komandamla birlikdə oraya – azad edilmiş Azərbaycan torpaqlarına – getməyə hazıram. Mənim ofisimin postmünaqişə rayonları ilə bağlı təcrübəsi var” – deyə, o əlavə edib.

Teqlər: