Qarabağda atəş açılıb – Rusiya MN

Qarabağda atəş açılıb – Rusiya MN

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında “atəşkəs pozulub”.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində bildirilib.

Keçmiş Əsgəran rayonunda açılan atəş nəticəsində zərərçəkənlərin olmadığı qeyd edilib.

Rusiya MN bununla əslində məsuliyyət zonasında erməni terrorçu-separatçı qüvvələrinin olduğunu növbəti dəfə etiraf edir ki, bu da 10 noyabr 2020-ci il bəyanatına ziddir. Çünki bəyanata əsasən, rus sülhməramlıların yerləşməsi ilə erməni silahlı birlikləri ərazidən çıxarılmalı idi. Belədə Azərbaycan Ordusu ilə “üz-üzə” dayanan kimdir ki, atəş də açıla?

Teqlər: