Qarabağda aşkarlanan minaların sayı açıqlandı

Qarabağda aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AzerTimes-a bildiriblər ki, yanvarın 29-dan fevralın 4-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 150 partlamamış hərbi sursat aşkarlanıb.

Qeyd olunub ki, 336,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Teqlər: